...8 Mart təbriklər və hədiyyələr vaxtıdır. Bəzi kişilər bayramı gündəlik iş kimi qəbul edirlər. Deyirlər ki, “məcburi” proqramı bir buket lalə və tort şəklində tamamlayıb və...artıq dincələ bilərsən.
Təbii ki, 8 Mart üçün təbriklər bəzən eyni olsa da, amma hədiyyələr müxtəlif ola bilər.
Budur, SİA-nın məlumatına görə, ötən 8 Martda belaruslu bir oğlan sevgilisinə hədiyyə olaraq bir poni alıb.
Bəli, düz eşitdiniz, oğlan sevgilisinə canlı miniatür at hədiyyə edib.
...Bu, həyatımda ən gözlənilməz, sehrli və gözəl hədiyyə idi! Bunu artıq qız deyir.
Deyilənlərə görə, qızın onu nə sürpriz gözlədiyi sona qədər bilməyib. Yeri gəlmişkən, “əməliyyat”da gənclərin yaxınları da iştirak edib. Məsələn, oğlanın atası hətta bu məqsədlə atların daşınması üzrə ekspress kurs da keçirib.
Qızın yeni hədiyyəsi Qrodno yaxınlığındakı Horse Kingdom klubunun tövlələrində yaşayacaq. Ancaq bütün qayğı, əlbəttə ki, sahibinin məsuliyyətidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə