Beynəlxalq alimlər qrupu, o cümlədən rus arxeoloqları qədim ovçu-yığıcıların genomu üzərində genişmiqyaslı tədqiqat aparıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, onlar 35-5 min il əvvəl yaşayıblar.
Avropa və Mərkəzi Asiyadan olan 356 nəfərin qalıqlarının təhlili yeni əlaqələri üzə çıxarıb və miqrasiya proseslərini aydınlaşdırıb.
Paleolit Avropasında müxtəlif arxeoloji mədəniyyətlərin nümayəndələri məskunlaşmışdır. Onların genetik əlaqəsi qeyri-müəyyən olaraq qalır.
Tacikistandakı Tutkaul ərazisində tapılan tapıntılar böyük marağa səbəb olub. Belə ki, bu, Orta Asiya sivilizasiyaların kəsişmə nöqtəsi kimi xidmət edilir.
Tutkaulun qədim sakininin DNT analizi onun Şərqi Sibirin yuxarı paleolit əhalisi ilə əlaqəsini üzə çıxarıb.
Alimlər onun genomunda İranın və qədim Turanın neolit xalqlarının əlamətlərini aşkar ediblər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə