Məhkəmə 16 cins itin sahibini mənzildən məhrum edib...

...Kamçatkada, Vilyuçinsk şəhərində yaşlı qadın öz mənzilində “damazlıq” itlər yetişdirirmiş.

Amma zaman keçdikcə evindən gələn pis qoxu qonşuları üçün dözülməz hala gəlib.

SİA rus saytlarına istinadən xəbər verir ki, Federal Məhkəmə İcraçıları Xidmətinin regional departamentinin məlumatına görə, təqaüdçünün evində onunla birlikdə 16 it yaşayırmış. Sonradan səhhəti pisləşdiyinə görə o, itləriara bilmirmiş.

Buna görə də, itlər “vacib işlərəini” elə evdə həyata keçirirmişlər.

Bu vəziyyət aşağıda mərtəbədə yaşayan qonşuların həyatını sözün əsl mənasında zəhərləyib.

Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, qadın sakinlərin ev heyvanlarını gəzdirmək üçün könüllülərdən kömək istəmək təklifini də rədd edib.

Bu vəziyyətlə əlaqədar şəhər rəhbərliyi məhkəməyə müraciət edərək, seleksiyaçıya mənzili lazımi sanitar-gigiyenik vəziyyətə gətirməyi öhdəsinə götürüb.

Lakin o, heç bir addım atmayıb. Təqaüdçüyə 8 dəfə cərimə yazılsa da, problem həllini tapmayıb.

Və məhkəmə ona heyvan saxlamağı qadağan edib.

Maraqlıdır ki, qadın könüllü olaraq itlərlə ayrılmaq istəmədiyindən məhkəmənin qərarını icra edən məhkəmə icraçıları heyvanları zorla ələ keçiriblər.

Vilyuçinskdə sahibsiz heyvanlar üçün sığınacaq olmadığı üçün itlər Yelizovski PVS-ə aparılıb.

Heyvanlar arıq olmayıblar, lakin onların vəziyyəti diqqət tələb edirmiş.

İndi həmən itlərə yeni sahiblər axtarılır və əgər yeni sahiblər tapılmasa, itlər rayona yaxın sığınacaqlara göndəriləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə