Qazaxda gənclər Heydər Əliyevin zəngin irsini həvəslə öyrənirlər - FOTOLAR

“Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da Ulu Öndərin zəngin dövlətçilik irsinin, ölməz ideyalarının öyrənilməsi və gənc nəslə çatdırılması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin ictimaiyyət arasında geniş təbliği məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Tədbirlər Planı çərçivəsində YAP Qazax rayon təşkilatı tərəfindən 02 iyun 2023-cü il tarixdə gənc partiya fəallarının iştirakı ilə Qazax rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu.

Gənclər əvvəlcə Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.

Sonra ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular, Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izlədilər.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tərəfindən gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və misilsiz xidmətləri, titanik fəaliyyəti haqqında geniş məlumatlar verildi, gənclər zəngin eksponat, fotoşəkil və kitablarla tanış oldular.

Sonda xatirə şəkilləri çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə