"Azərbaycanda yaşayan hər bir uşaq xoşbəxtliyə layiqdir" - DEPUTAT ŞƏRH ETDİ

"Hər bir övladımıza vətənpərvərlik və sosial rifah içində yaşamağı arzu edirəm. Həqiqətən Azərbaycan uşaqları xoşbəxtdir və onların bu xoşbəxtliyə haqqı çatır. Çünki müstəqil və demokratik Azərbaycan Respublikasında doğulan və böyüyən uşaqlardır, onların qayğısına Azərbaycan dövləti qalır və himayədarları Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadır, onlar demokratik Azərbaycan dövlətində yaşayırlar". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Musa Quliyev deyib.

O bildirib ki, bizim uşaqlarımız həm də ona görə xoşbəxtdir ki, artıq azad və bütöv Azərbaycanın sakinləridir: "Torpaqlarımızı işğaldan azad edən bizim qəhrəmanlarımız məhz müasir Azərbaycanda boya-başa çatmış və tərbiyə almış gənclərimiz oldu. İşğaldan azad olunmuş torpaqlarımızın gözəl diyara çevrilməsi istiqamətində böyük işlər gedir və mən inanıram ki, gözəl balalarımız da o torpaqların sakini olacaq və bu işləri davam etdirəcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə