"Azərbaycan xalqının inkişafı Ulu Öndərin siyasəti ilə əlaqədardır" - SƏDR BİLDİRDİ

"Azərbaycandakı bugünkü vəziyyət onu göstərir ki, bütövlükdə Azərbaycan xalqının hüququnun müdafiəsi, Azərbaycan dövlətçiliyinin inkişafı üçün görülən işlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həm də Azərbaycan xalqının müasir standartlar səviyyəsində inkişafı onun siyasəti ilə əlaqədardır". SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir zamanı çıxışında deyib.

"Mən düşünürəm ki, biz xoşbəxt xalqıq ki, bu coğrafiyada yerləşmişik. Çünki bizim gözəl təbiətimiz, sərvətlərimiz, gözəl insanlarımız, azərbaycanlılarımız var ki biz onlarla qürur duyuruq.

Biz müstəqil Azərbaycan Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövlətinin nümayəndəsiyik. Xalqımız vahid məqsəd uğrunda birləşə bilib, ən əsası azərbaycançılıq ideyası altında liderimizin ətrafında bir yumruq ola bilib. O lider ki, digər sahələrdə olduğu kimi bu istiqamətdə də Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirərək müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması işini yüksək səviyyədə təşkil edə bilib"- deyə o, qeyd edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə