"Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar, şəhid və qazi övladları, qeyri-millətlərdən olan uşaqlar, uşaq evi sakinləri, sığınacaqlarda müvəqqəti yaşayan uşaqlar, o cümlədən Bakının 12 rayonu və Zəngilanın Ağalı kəndini təmsil edən uşaqlar, habelə Komitə yanında fəaliyyət göstərən “Uşaq Səfirlər” Məclisi üzvləri daxil olmaqla ümumilikdə 400 uşaq iştirak edir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə