Gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTOLAR

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, YAP Gədəbəy rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən dəyirmi masa keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən söhbət açılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə