Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 26-da Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazir abidə önünə əklil qoyub, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Müdafiə nazirini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çikaidze və digər rəsmi şəxslər müşayiət ediblər.
Xatırladaq ki, nazir Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə keçirilən rəsmi paradda iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB