Qazaxda Ulu Öndərin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir - FOTOLAR

26 may 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatı və Qazax Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Sosial İqtisadi Kolleci ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirildi. SİA xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə Qazax Rayon İcra Hakimiyəti Başçısının ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Gənclər İdman İdarəsinin rəis əvəzi Sahib Namazov, Fənn Birləşmə Komissiyasının sədri Mətanət Kazımova, Qeydiyyat Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək 28 may Müstəqillik gününün tariximizin ən mühüm hadisələrindən biri olduğunu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai - siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində görülən işlərdən, müstəqil dövlət quruculuğu istiqamətindəki mühüm addımlardan, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində müstəsna xidmətlərindən ətraflı danışdılar.

Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.

Tədbirin sonunda 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində sosial şəbəkədə yüksək fəallıq göstərən gənc partiya üzvlərinə Fəxri fərmanlar və YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə