SHXÇDX rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - FOTOLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov və Xidmətin digər rəhbər heyəti tərəfindən müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Xidmətin inzibati binasında Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA xəbər verir ki, daha sonra SHXÇDX-nin rəhbərliyi Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB