Ulu Öndərin yüzilliyi ilə bağlı logistik tədbir keçirilib - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “166 Yükdaşıma və Logistika” şirkəti təqdirəlayiq addım atıb. SİA xəbər verir ki, şəhid övladlarına və ailələrinə diqqəti özünə borc bilən şirkət rəhbər şəxslərin və əməkdaşlarının iştirakı ilə şəhid övladları ilə birgə Qəbələ şəhərinə yola düşüblər.

Yolboyu vətənpərvər ifalarla, intellektual oyunlar və xoş söhbətlərlə yolçuluq edən uşaqların ilk dayanacaq yeri tarixi Şamaxı şəhəri olub. Onlar orada fasilə edərək səhər yeməyi yeyiblər.

Növbəti dayanacaq isə valehedici təbiəti ilə seçilən Qəbələ şəhəri olub. Uşaqlar “Qəbələnd” əyləncə mərkəzində asudə vaxtlarını təhlükəsiz və əyləncəli keçirərək şəkillər çəkdiriblər.

Buradan sonra isə şirkət əməkdaşları onlar üçün Nohurgölə səyahət təşkil ediblər.

Səyahətin sonunda isə təhlükəsiz şəkildə Bakıya çatan uşaqlar valideynlərinə təhvil veriliblər.

Xatırladaq ki, “166 Yükdaşıma və Logistika” şirkəti bundan öncə Novruz bayramı münasibətilə də şəhid ailələrinə ziyarət etmiş, onlarla bayramlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə