"Ümummilli Lider hər zaman media nümayəndələrinin dostu olub" - QURUM RƏSMİSİ BİLDİRİB

"İstər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik dövründə Heydər Əliyev ölkəmizin, dövlətçiliyimizin inkişafı naminə müstəsna əmək sərf edərək böyük uğurlara nail olub. Azərbaycanən parçalanma və məhv olma təhlükəsindən xilas edən Heydər Əliyev şəxsiyyətinin dahiliyi ölkəmizin dostları ilə yanaşı, düşmənləri tərəfindən də etiraf olunurdu. Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni dirçəlişin inkişafı prosesi başlandı. Müstəqilliyin qorunub saxlanması istiqamətində milli konsepsiya formalaşdırıldı". SİA xəbər verir ki, bu sözləri SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev VIII atıcılıq turnirinin açılış mərasimində deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti ərzində özünü media nümayəndələrinin dostu kimi qəbul etdirməyə nail olmuşdur: "Dahi şəxsiyyət elə idarəetmə sistemi formalaşdırmışdı ki, jurnalistlər həmişə müsahibə üçün ona müraciət edə bilir, xarici səfərlərdə onu müşayiət edirdilər.

Ümummilli Lider KİV-in Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında rolunu yüksək qiymətləndirib.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il "Heydər Əliyev ili" elan edilib. Müxtəlif qurumlar Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər həyata keçirir. Bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ulu Öndərin 100 illiyi münasibətilə KİV nümayəndələri arasında atıcılıq turniri keçirir. Davamlı olaraq keçirilən bu turnir xidmətlə mətbuat arasında qarşılıqlı əlaqənin möhkəmləndirilməsinə öz töhfəsini verib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə