"Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası" - FOTOLAR
Ümummilli lider, Müstəqil Azərbaycan Dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 4 may 2023-cü il tarixində YAP Səbail rayon Üzeyir Hacıbəyov küçəsi - 16 ərazi partiya təşkilatında “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, SOCAR Sosial inkişaf İdarəsinin rəisi Qasım İbrahimov, YAP SOCAR Ərazi təşkilatının sədri Ağəli Hüseynov, YAP Səbail rayon Üzeyir Hacıbəyov küçəsi - 16 ərazi təşkilatının sədri Heydər Əsgərov, YAP üzvləri - Lamiyə Abazərova, Həbib Vəzirov, Şəfəq Qaraqurbanlı və Gülnar Zeynalova çıxış etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB