FHN Akademiyasında Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi - idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbir iştirakçıları öncəliklə Ulu Öndərin heykəli qarşısına gül qoyub, hərbi salam veriblər. Daha sonra akademiyanın Heydər Əliyevin fəaliyyətinə həsr olunan muzeydəki eksponatlarla tanışlıq mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlardan əvvəl Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Qeyd edək ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Akademiyanın rəisi general-mayor Baba Salayev, FHN-in digər məsul şəxsləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və kursantları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə