"Ərazi bütövlüyünün bərpa olunması Heydər Əliyev ideyalarının təntənəsidir" - YAP sədrinin müavini
"İnkaredilməz həqiqətdir ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndərin siyasi varisi olan cənab İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu". SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Müasir Azərbaycanın memarı" adlı beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı, bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik uğurlar əldə olundu: "Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB