"Uğurlu siyasət nəticəsində hər sahədə canlanma oldu" - BAŞ NAZİRİN MÜAVİNİ
"Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük qürur və ehtiram hissi ilə qeyd edir. Hesab edirəm ki, bu bir yandan Azərbaycan xalqının Ümummilli Liderə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahürüdür". SİA xəbər verir ki, bu sözləri Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan cəmiyyəti lider ola biləcək rəhbər axtarırdı: "Bu işin də öhdəsindən məhz Heydər Əliyev gələ bilərdi. Azərbaycan xalqının taleyində rolu olan məqamlardan biri Ümummilli Liderin yenidən hakimiyyətə qayıtması idi. Qısa müddət ərzində apardığı uğurlu siyasəti nəticəsində bütün sahələrdə canlanma baş verdi. Heydər Əliyev bu xidmətləri ilə Azərbaycan xalqının qəlbində və düşüncəsində liderlik mövqeyini qoruyub saxlaya bildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB