"Ali təhsillilərin sayının artırılması vacib amillərdəndir" - NAZİR BİLDİRDİ
"Danılmaz faktdır ki, Azərbaycanda istər elmin, istər mədəniyyətin, istərsə də təhsilin inkişafında Ulu Öndər mirasının təsiri özünü göstərir. Azərbaycanın ən yaşlı təhsil müəssisəsinin 104 yaşı tamam olacaq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev "Müasir Azərbaycanın memarı" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu zamanın təxminən yarısı Ümummilli Lider Heydər Əliyevin və onun siyasi davamçısı olan cənab Prezident İlham Əliyevin hakimiyyəti dövrlərinə təsadüf edir: "100 il bundan əvvəl ali təhsilli insanlarımızın sayı cəmi bir neçə min ola bilərdi. Əsrin əvvəllərində ali təhsilli həkimlərimizin sayı olduqca az olub. Ölkəmizin 100 il ərzində təhsil və elm yolunda əldə etdiyi nailiyyətlər öz dinamikasına gör bəlkə də unikal bir nəticədir. Bu nöqteyi-nəzərdən Ulu Öndərin xüsusilə 1970-ci illərdə Azərbaycan təhsil şəbəkəsinin, ali təhsilli insanların sayının artırılmasında əvəzolunmaz bir rolu olub. Bu tendensiya növbəti illərdə də davam etdirilib. Ali təhsillilərin sayının artırılması vacib amillərdən olub. Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB