"Müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük tarixi və mənəvi-siyasi mirasıdır" - Tahir Budaqov
"Müasir müstəqil Azərbaycan Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır". SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini yenicə bərpa etmiş, amma “ya olum, ya ölüm” dilemması qarşısında olan Azərbaycan xalqı düzgün seçim etməklə ölkənin xilasına, rifah və tərəqqi yoluna çıxmasına, respublikamızın əsl müstəqillik qazanmasına nail oldu: "Söhbət o zamana qədər Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahını təmin edən və gələcək müstəqilliyinin əsaslarını formalaşdıran, Sovet İttifaqı dövründə Azərbaycan dilinin respublika konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ölkəmizin mənafelərini qətiyyətlə qoruyaraq xalqımızın rifahı və firavanlığı naminə vacib işlər görən, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi blokada vəziyyətində olan muxtar respublikanı ağır sosial-iqtisadi vəziyyətdən və tənəzzüldən xilas edərək dirçəlişini təmin edən və Türkiyə başda olmaqla bir sıra xarici dövlətlərlə beynəlxalq əlaqələrini genişləndirən, ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızın qaldırılmasına müvəffəq olan və bütövlükdə ölkəmizə mühüm nailiyyətlər qazandıran Heydər Əliyevin xalqın təkidli tələbi ilə tarixi-siyasi məsuliyyəti öz üzərinə götürməsindən, respublikamızı siyasi təlatümlərdən, iqtisadi böhrandan, regional təcrid vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarmasından, güclü – qüdrətli və nüfuzlu dövlətə çevirməsindən gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB