Neftçalada silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Neftçala Rayonunda silsilə tədbirlər davam etdirilir. Tədbirlərin davamı olaraq rayon polis şöbəsində əməkdaşlar arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yarışın açılış tədbirində dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yarışlara star verilib. Polis əməkdaşları 88, 97 və 97 kiloqramdan yuxarı çəki dərəcələri üzrə güclərini sınayıblar.
Hər üç çəki dərəcəsi üzrə qalib gələn əməkdaşlar diplom və medallarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB