BDU kollektivi Qazaxda Ümummilli Liderin abidəsini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Qazaxda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, BDU-dan bildirilib ki, rektor Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Universitetin nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra BDU kollektivi Qazax rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə