Sumqayıtın mədəniyyət işçiləri 500 zeytun fidanı əkib

Sumqayıt şəhər bulvarında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası təşkil olunub.

SİA-nın əldə etdiyi məlumata görə, Milli Məclisin Mədəniyyət komitəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, “Nəfəs” İctimai Birliyinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan aksiya “Heydər Əliyev İli” çərçivəsində hazırlanmış tədbirlər planına əsasən keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, aksiyada 500 zeytun fidanı əkilib.

Aksiya zamanı qeyd edilib ki, Ümummilli Lider şəhər və rayonlarda yaşıllıqların, parkların, ağacların qayğısına qalıb. Onun təbiətə, ekologiyaya diqqət və qayğısı hər kəs üçün örnək olub.

Sumqayıt bulvarında əkilən ağaclar gələcəkdə bu əraziyə yaraşıq və gözəllik bəxş edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə