"Heydər Əliyev başqa tarixi şəxsiyyətlərlə müqayisə oluna bilməz" - DEPUTAT DANIŞDI
"Müstəqil Azərbaycanın yaradıcısı və onun inkişafında xüsusi xidmətləri olan Ümummilli Lider Heydər Əliyev dövlətimizin gələcəyi üçün çox böyük addımlar atıb və onun bu uğurlarını bugünkü gündə cənab Prezident İlham Əliyev davam etdirir. Ulu Öndər haqqında nə qədər filmlər çəkilir, kitablar yazılır, müxtəlif ssenarilər hazırlanır, amma hələ də Heydər Əliyev şəxsiyyətinin, onun böyüklüyünün və dahiliyinin mahiyyətini geniş şəkildə ictimaiyyətə təqdim oluna bilmir. Bu, təbiidir". SİA xəbər verir ki, bu sözləri "Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir" mövzusunda konfransda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Ümummilli Lider fəaliyyəti dövründə həmişə Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutub: "Heydər Əliyev yegane şəxsiyyətdir ki, tutduğu vəzifədən, məkandan və zamandan asılı olmadan hər zaman xalqına xidmət etməyin mümkün olduğunu sübut edib. O, bunun nümunəsini hər birimizə göstərib.
Çox vaxt Ümummilli Lideri ayrı-ayrı tarixi şəxsiyyətlərlə müqayisə edirlər. Amma Heydər Əliyev o tarixi şəxsiyyətlərlə eyniləşə bilməz. Onun xalqımız üçün gördüyü işlər digərləri ilə müqayisə oluna bilməz. Digər tarixi şəxsiyyətlər hazır dövlətin başına gəldikləri halda, Heydər Əliyev böhranda olan, dağılmış, ordusu olmayan Azərbaycanda hakimiyyətə gəldi və onu dirçəltdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB