"Yerli özünüidarəetmənin yaradılması prosesi Ulu Öndərin adı ilə bağlıdır" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Ümummilli Lider Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Müəllifi olduğu bu konstitusiyada demokratik, hüquqi, dünyəvi dövlətin bütün prinsipləri əks olunur və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib". SİA xəbər verir ki, bu sözləri "Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir" adlı konfransda Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O bildirib ki, azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin ölkəmizdə təsis olunması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Müdrik kəlamda deyildiyi kimi, yerli özünüidarəetmə institutları olmadan millət azad hökumət yarada bilər, lakin azadlıq ruhunu duya bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB