Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilir - YENiLƏNİR - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir" mövzusunda konfrans keçirilir. SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirovun salamlama nitqi ilə başlanıb.

Konfransda həmçinin Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də çıxış edəcəklər.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə