“Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu”
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” adlı tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, rayondakı Heydər Əliyev Mərkəzi və Ağcabədi şəhər uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, milli musiqi sənətinə vermiş olduğu dəyərdən, dahi rəhbərin hakimiyyətdə olduğu illərdə musiqiçilərə fəxri adların, orden və medalların, mükafatların verilməsi, onların adlarının əbədiləşdirilməsi sahəsindəki fəaliyyətdən danışıb.
Aran Ağcabədi Televiziyasının redaktoru Gündüz Nəcəfov, Ağcabədi şəhər uşaq musiqi məktəbinin tar müəllimi Tohid Hüseynov çıxışlarında Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, Azərbaycan bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bəstəkar və musiqişünaslara qayğı ilə yanaşıb. Sovet dövründə nüfuzlu teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, musiqilərinin səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilib. Onun uzaqgörənliyi, xalqına sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, dünyada tanınıb. Neçə-neçə bəstəkarımız SSRİ Xalq artisti adına layiq görülüb, ən yüksək orden və medallarla təltif olunublar.
Tədbirin bədii hissəsində Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagirdləri Fikrət Əmirovun fortepiano üçün 12 miniatür məcmuəsindən Vals, Adil Gərayın “Bağçakürd” əsərini, məktəbin xor kollektivi “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB