Vergiçilərin iştirakı ilə intellektual turnir keçirilib - FOTOLAR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib. SİA xəbər verir ki, bu barədə DVX məlumat yayıb.

Bildirilib ki, turnirin bu mərhələsinə 18 komanda qatılıb.

Altı raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara aid suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar təşkilatçı tərəfindən təqdim edilən xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Bununla da ikinci yarımfinal mərhələsində uğurlu nəticə göstərən daha 9 komanda finala vəsiqə qazanıb.

Xatırladaq ki, turnirin final mərhələsi may ayında keçiriləcək.

Qeyd edək ki, turnir işçilərin asudə vaxtlarının səmərəli təşkili, kollektiv tədbirlər vasitəsilə Dövlət Vergi Xidmətinin müxtəlif strukturları və qurumlarının əməkdaşları arasında qeyri-formal münasibətlərin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, onların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə