Ümummilli Liderin 100 illiyi ilə bağlı tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbir başlamazdan öncə Mərkəzin rəhbəri və tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına gül qoyulub. Daha sonra isə tədbir açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Naminə Ömərova iştirakçıları salamlayıb daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə