Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, musiqili gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Konsertdə beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) ifasını dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə