Ölkədə bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb

Son 14 ildə ölkədə ümumi kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları xeyli artıb. SİA xəbər verir ki, 2005-ci ildə Azərbaycanda 10 520 ümumi kəskin bağırsaq infeksiyalarına, 5 162 suçiçəyinə yoluxma halı baş verib.

Ötən il isə Azərbaycanda qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxma ilə bağlı 337 140 halı qeydə alınıb. Onların 13 504-də ümumi kəskin bağırsaq infeksiyaları aşkarlanıb. Keçən il suçiçəyinə yoluxma hallarının sayı 14 514-ə yüksəlib.

2019-cu il ərzində ölkə üzrə 359 nəfərdə viruslu hepatitlərə, 359 nəfərdə salmonelyoz infeksiyalarına, 343 nəfərdə qoturluğa, 34 nəfərdə qarayaraya, 551 nəfərdə bruselyoza, 189 nəfərdə skarlatinə yoluxma qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə