“Qapını dəfələrlə yoxlamaq sadəcə vərdiş deyil, bəzən OKP əlaməti ola bilər” - PSİXİATR AÇIQLADI
"Eyni hərəkəti dəfələrlə (məsələn, qapı dəstəyini 5-10 dəfə dartmaq, qazı dəfələrlə yoxlamaq) etmək və yoxladıqdan sonra belə rahatlaşmamaq
Obsessiv-Kompulsiv Pozuntu əlamətidir".
Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, burada rahatsızedici düşüncə yəni obsessiya — "qapı açıq qaldı", "ev yanacaq" — insanı məcburi hərəkətə kompulsiyaya sövq edir:
"İnsan qapını yoxlayaraq beynindəki həmin həyəcanı müvəqqəti olaraq sakitləşdirir.
Hər şeyi tam nəzarətdə saxlamaq istəyən insanlarda da bu cür davranışlara daha çox rast gəlinir.
Nadir hallarda və ya tələsərkən baş verirsə: Bu, sadəcə fikir dağınıqlığı və anlıq diqqətsizlikdir.
Əgər bu hal hər gün təkrarlanırsa, insanın gündəlik həyat keyfiyyətinə təsir edir, vaxtını alır və həyəcan yaradırsa: Bu artıq psixoloji faktorla, təşviş pozuntusu və ya Obsessiv kompulsiv pozuntu ilə əlaqəlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB