...Nüfuzlu tibb jurnalı “The Lancet” Çində aparılmış və xərçəng xəstələrinin ömrünü uzatmaqda yeni CAR-T terapiyasının effektivliyini təsdiqləyən tədqiqatın nəticələrini dərc edib.
Məlumata görə, bu müasir terapiya ilə müalicə alan xəstələr orta hesabla 7,9 ay yaşadıqları halda, ənənəvi müalicə ilə bu rəqəm əvvəllər 5,5 ay olub.
“The Guardian” qeyd edir ki, döş, ağciyər və mədəaltı vəzi xərçənglərini əhatə edən bərk bədxassəli şişlər bütün xərçənglərin təxminən 90 faizini təşkil edir.
Tədqiqatın ilkin nəticələri şiş ölçüsünün əhəmiyyətli dərəcədə azaldığını və xəstənin sağ qalma müddətinin yaxşılaşdığını göstərir.
...CAR-T terapiyası T hüceyrələrinin genetik modifikasiyası ilə işləyir ki, onlar beyin xərçəngi hüceyrələrinin səthində tez-tez rast gəlinən IL13RA2 və EGFRv3 zülallarını tanıya bilsinlər.
Klinik sınaqlarda təkrarlanan şişləri olan 24 xəstə iştirak edib və onların 62 faizində şiş həcmi 1 kub santimetrdən çox olan xəstələrdə şişin əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə edilib.
Üstəlik, xəstələrin 43 faizi bir ildən çox sağ qalıb ki, bu da təkrarlanan glioblastoma üçün orta sağ qalma nisbətini əhəmiyyətli dərəcədə üstələyir.
Vəziyyəti sabitləşən və şiş böyüməsi dayandırılan bir xəstənin vəziyyətini ayrıca qeyd etmək lazımdır.
O, 16 aydan artıqdır ki, sağdır və müalicəyə başlayanda xəstəliyin aqressiv gedişinə baxmayaraq, səhhəti stabil olaraq qalır. Qlioblastoma beyin xərçənginin ən çox yayılmış və ölümcül formalarından biridir və hər il dünyada təxminən 300.000 insanı təsir edir.
Diaqnozdan sonra orta sağ qalma müddəti 12-18 aydır, xəstələrin yalnız 9 faizi iki ildən çox sağ qalır.
CAR-T terapiyasına dair məlumatlar bu diaqnozu olan xəstələr üçün proqnozun yaxşılaşdırılmasına ümid verir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə