...Britaniyalı həkim Aleksandr van Tullekenin fikrincə, artritə səbəb olan əsas amil oynaqların aşınması deyil, artıq çəkidir. SİA-nın məlumatına görə, ekspertin sözlərini Daily Mirror sitat gətirir.
Mütəxəssis qeyd edib ki, osteoartrit oynaqlarda şişkinlik, hərəkətin məhdudlaşdırılması və ağrı kimi əlamətlərlə xarakterizə olunur. Bu xəstəliyin illər keçdikcə oynaq toxumalarının elastikliyini və bərpa etmək qabiliyyətini itirməsi səbəbindən baş verdiyi ümumiyyətlə qəbul edilir.
...Əvvəllər artritin oynaqların aşınmasından qaynaqlandığını düşünürdük və bəzi insanlar bu gün də bu fikirdədirlər.
Ancaq bu, sadəcə, dağıtmaq istədiyim bir mifdir. Dizləri dözülməz aşınmaya məruz qalan strukturlar kimi düşünməməliyik.
Bunu deyən həkim vurğulayır ki, osteoartrit həqiqətən yaşlı insanlarda daha çox olur. Ancaq onun inkişafının əsas səbəbi artıq çəki, həmçinin genetik meyl, zədələr və pis qidalanmadır, nəinki yaşamış illərin sayı...
Terapevt qeyd edib ki, osteoartritli insanlar aktiv qalmaqdan qorxmamalıdırlar.
Əksinə, həkim müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmağı və oynaqları gücləndirməyə kömək edəcək məşqlər etməyi tövsiyə edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə