…Harvarddakı T. H. Çan adına İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, gündə bir fincan qəhvə şəkərli diabetin inkişaf riskini 10 faiz azalda bilər, amma içki şəkərsiz hazırlanmalıdır…
SİA-nın məlumatına görə, tədqiqatın nəticələri American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc olunub. …Tədqiqatda 290 minə yaxın tibb işçisi iştirak edib. Onlar sağlamlıqları və pəhrizləri haqqında məlumat veriblər. Alimlər öz təhlillərində istehlak edilən qəhvənin miqdarına xüsusi diqqət yetiriblər. Könüllülərdən içkiyə şəkər və ya süd əlavə edib etmədiklərini də dəqiqləşdirmələri istənilib.
34 illik təqib zamanı 13 281 nəfər 2-ci tip diabet inkişaf etdirib. İştirakçıların 60 faizə qədəri təmiz qəhvə içməməyə üstünlük verib. Üstəlik, könüllülərin 42 faizə qədəri şəkər əlavə edib.
Təhlil müəyyən edib ki, bir fincan şəkərsiz qəhvə (istər kofeinli, istərsə də kofeinsiz) fiziki aktivlik, oturaq həyat tərzi və ailədə xəstəlik tarixi kimi digər faktorları nəzərə aldıqdan sonra tip 2 diabet riskini 10 faiz azaldır. Həmçinin məlum olub ki, süni dadlandırıcılar olan qəhvə şəkərli diabet xəstəliyinə tutulma ehtimalını 7 faiz azaldıb, süd isə bu göstəriciyə heç bir təsir göstərməyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə