Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax rayonun Daş Salahlı kəndi ərazisində qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər, Ağstafa rayon Böyük Kəsik kənd sakini, 1983-cü il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu və Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)


USD
EUR
GBP
RUB