Xocalıda yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən SİA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə