Bakıda yaşayış binasında mənzildə yanğın baş verib. FHN-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 Yaşayış Kompleksində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə