Hövsanda yaşayış binasında yanğın baş verib

11 Oktyabr 2025 12:23 (UTC+04:00)

Bakıda yaşayış binasında mənzildə yanğın baş verib. FHN-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 Yaşayış Kompleksində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.