Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng, 1 patron darağı və 40 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə