İspaniyalı gimnast Barselo çıxış zamanı yıxılaraq ölüb...

...SİA Daily Mail-ə istinadən bildirir ki, ispan aerialist Marina Barselo Almaniyanın Bautzen şəhərində sirk tamaşası zamanı dünyasını dəyişib.

Təxminən 5 metr hündürlükdən sürüşərək yıxılan gənc qadın trapesiya fəndləri edirdi.

27 yaşlı gimnast aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faciə yüzlərlə tamaşaçının, o cümlədən azyaşlı uşaqlı ailələrin gözü qarşısında baş verib.

Bəzi sirk tamaşaçıları qəzadan sonra psixoloji məsləhət tələb ediblər.

Hüquq-mühafizə orqanlarının nümayəndələri güman edirlər ki, gimnast Paul Buş sirkində məşq edərkən qəflətən xəstələnib və bu faciəyə səbəb olub.

Bautzen şəhərinin meri Karsten Foqt bələdiyyə adından başsağlığı verib.

Fövqəladə vəziyyətdən sonra sirk qastrollarını dayandırdığını elan etdi.

...Marina Barselo Mayorkada anadan olub və on ildən çox gimnast kimi məşq edib. 2018-ci ildən o, müxtəlif sirk truppaları ilə çıxış edib, Polşa, İspaniya və Almaniyada qastrol səfərlərində olub. Onun həmkarları bildiriblər ki, Marina istedadlı olub, müxtəlif işlərin icrasına qadirdir. Onun bəzi tanışları jurnalistlərə bildiriblər ki, baş verənlərə hələ də inana bilmirlər.

….Daha əvvəl bildirilmişdi ki, sentyabrın 24-də Penzada təlim-məşq toplanışında olan indoneziyalı gimnast boyun nahiyəsindən aldığı ağır zədədən sonra xəstəxanada dünyasını dəyişib.

O, yerli klinikaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə