Bərdədə pendir sexində baş verən partlayış ölümlə nəticələnib

Bərdədə pendir sexində partlayış olub, bir nəfər həyatını itirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb. Hadisə nəticəsində müəssisədə nəzarətçi işləyən Teyyub Yusifov həyatını itirib.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə