Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Tahir Sayadov saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı T. Sayadovun yükləmə zamanı çantadan ümumi dəyəri 10 min manat olan qızıl-zinət əşyalarını oğurladığı məlum olub.
Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə