Gəncədə usta bədbəxt hadisə nəticəsində ölüb. SİA xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, ərazidə ev tikintisi zamanı uçqun baş verib. 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Ərazidə xilasetmə işləri davam edir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə