Gəncədə uçqun oldu - ölən və xəsarət alanlar var

7 Sentyabr 2025 15:44 (UTC+04:00)

Gəncədə usta bədbəxt hadisə nəticəsində ölüb. SİA xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, ərazidə ev tikintisi zamanı uçqun baş verib. 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Ərazidə xilasetmə işləri davam edir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.