Evdən 16 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Evdən 16 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə