Bakının Nərimanov rayonunda paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.
Araşdırmalar davam etdirilir.