Avqustun 22-də Qazax rayon Ağköynək kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya bildirilib ki, araşdırmalarla yanğının 1990-cı il təvəllüdlü Elnur Məmmədovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
Nəticədə 1 hektar biçilmiş əkin sahəsi yanıb.
E. Məmmədov barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə