Ağstafadakı yanğının söndürülməsinə ətraf rayonlardan qüvvə cəlb olunub - YENİLƏNİB

Ağstafa rayonunda meşə sahəsində başlayan yanğında ətraf rayonlardan əlavə qüvvə cəlb edilib. SİA-nın məlumatına görə, rayonunun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə ümumilikdə 7 yanğınsöndürən maşınlar və çox sayda canlı qüvvə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə