Ötən həftə Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
K.Əlirzayev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə