Yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025 09:29 (UTC+04:00)

Ötən həftə Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-ya verilən məlumata görə, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K.Əlirzayev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.